Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tədbirlər planına uyğun olaraq Siyəzən Rayon Təhsil Sektoru və Siyəzən Rayon Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Ömrünü xalqına həsr edən Lider" adlı tədbir keçirilmişdir.

Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və rayon təhsil sektorunun rəhbərliyi iştirak etmişdir.

Tədbir çərçivəsində məktəbdənkənar təhsil müəssisələri və ümumtəhsil məktəblərinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.

Tədbirin bədii hissəsində isə şagirdlər tərəfindən Azərbaycan mədəniyyətinə həsr olunmuş müxtəlif çıxışlar təqdim olunmuşdur.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ #HeydərƏliyev